Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Netanyahu İran və Suriyanı hədələdi

“İsrail ordusu İranın Suriyada silah və raket sistemlərini yerləşdirmək cəhdlərinə qarşı mübarizə aparacaq”.

İsrailin Baş naziri Benyamin Netanyahu İran və Suriya arasında imzalanan hərbi əməkdaşlıq haqqında müqaviləni şərh edib.

Din.az xəbər verir ki, “Yediot Ahranot” nəşrinin yazdığına görə, baş nazir İran və Suriya arasındakı heç bir bir anlaşmanın və təhdidlərin İsraili yolundan döndərə bilməyəcəyini bildirib.

Netanyahu qeyd edib ki, İsrail ordusu İranın Suriyada silah və raket sistemlərini yerləşdirmək cəhdlərinə qarşı qətiyyətlə mübarizə aparmağa davam edəcək.

Xatırladaq ki, İranın müdafiə naziri, general-mayor Əmir Hatəmi ötən həftə Dəməşqdə olub və səfər zamanı iki ölkə arasında hərbi ittifaqa dair razılaşma imzalanıb. İranın yarırəsmi xəbər agentliyi “Tasnim”ə görə, razılaşma İran güclərinin Suriyadakı mövcudluğunu davam etdirməsinə imkan verəcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...