Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Netanyahu: “İsrail İordan vadisindən çəkilməyəcək”

“İordan vadisi ölkəmizin müdafiəsi üçün minimal strateji dərinlik və hündürlüyü təmin edir”.

İsrail çalışacaq ki, Yaxın Şərq üzrə istənilən nizamlanma ssenarisində Fələstin dövləti ilə şərq sərhədini bildirən İordan vadisinə nəzarət yəhudi dövlətində qalsın.

Din.az bildirir ki, bu sözləri İsrailin baş naziri Binyamin Netanyahu ABŞ prezidentinin köməkçisi Con Boltona açıqlamasında bildirib.

Netanyahu Boltonu, beynəlxalq hüquq normalarına görə, işğal olunmuş ərazilərə baxmağa dəvət edib və vəd verib ki, ABŞ administrasiyası regional sülh planlarının formalaşmasında İsrailin narahatlıqlarını görəcək.

“İordan vadisi ölkəmizin müdafiəsi üçün minimal strateji dərinlik və hündürlüyü təmin edir. Sülh razılaşmasının istənilən variantında mövqeyimiz bizim maraqlarımız və ümumi təhlükəsizliyimiz naminə İsrailin burada mövcudluğundan ibraətdir”, – Netanyahu belə deyib.  / Apa.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...