Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Netanyahu: “İsrail İranda hərbi nüvə proqramının olduğunu sübut edən yarımton məxfi material əldə edib” – VİDEO

İran yenə nüvə məsələsində ittiham edilir.

İsrail kəşfiyyatı İranda hərbi nüvə proqramının olduğunu sübut edən yarımton məxfi material əldə edib.

Din.az xəbər verir ki, bunu İsrailin baş naziri Binyamin Netanyahu deyib.

O, ifşaedici bəyanat ilə 3 il əvvəl İranın nüvə proqramı ilə bağlı əldə olunmuş razılaşmalara yenidən baxılmasına dair beynəlxalq müzakirələrin qızğın vaxtında yerli televiziyanın canlı yayımında çıxış edib.

“Bu fayllar inandırıcı şəkildə sübut edir ki, İran onda heç vaxt hərbi nüvə proqramının olmadığı yalan deyib”, – Netanyahu bildirib.

Onun sözlərinə görə, bir neçə həftə əvvəl İsrail kəşfiyyatı İranda “Əhməd” adlı layihənin olduğunu sübut edən 55 səhifəlik mətn sənədləri də daxil olmaqla yarımton material əldə edib.

Netanyahu İranı nüvə barədə sövdələşmədən sonra “hərbi nüvə “know how”sunu saxlamaq və genişləndirməkdə” ittiham edib.

“İran 2015-ci ildə yalan danışaraq, IAEA-da sövdələşmənin tələb etdiyi kimi hər şeyi etiraf etməyib. İran sövdələşməsi, nüvə sövdələşməsi yalana, İran yalanına və hiyləsinə əsaslanır”, – deyə baş nazir əlavə edib. / Report.az

blob:https://ren.tv/ba379273-a2ee-46f2-b407-1e4eb1d9a813

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...