Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Netanyahu: İsrail Suriyada əməliyyatlara davam edəcək

“İsrail lazım görəndə Suriyada sərbəst şəkildə hərəkət edəcək”

Netanyahu dünən Likud Partiyasının üzvləri ilə görüşündə, Amerika və Rusiyaya xitabən, “İsrail lazım görəndə Suriyada sərbəst şəkildə hərəkət edəcək” – deyib.
Sionist İsrail rejimi Baş naziri Benyamin Netanyahu bu rejimin, xüsusilə Suriyanın cənubu olmaqla Suriyada, İsrailin təhlükəsizliyini təmin etmək məqsədilə əməliyyatları davam etdirəcəyini söyləyib.

Din.az bildirir ki, ərəb mediasında yayılan xəbərə əsasən, Netanyahu dünən Likud Partiyasının üzvləri ilə görüşündə, Amerika və Rusiyaya xitabən, “İsrail lazım görəndə Suriyada sərbəst şəkildə hərəkət edəcək” – deyib.

Məlum olduğu kimi, Suriya böhranının əvvəlindən bəri terror rejimi İsrail Suriyadakı terrorçulara hər cür dəstək vermiş və bu istiqamətdə Suriyaya qarşı hava hücumları təşkil etmiş və həmçinin Suriyada yaralanan terrorçuların müalicələrini də etmişdir. Eyni zamanda terrorçulara maliyyə və hərbi dəstəklər də vermişdir.

İsrail son zamanlar terrorçuların ağır itki verməsindən sonra terrorçulara ruh yüksəkliyi vermək məqsədilə Dəməşq əyalətinin qərbində yerləşən Bəludan bölgəsini döyüş təyyarələriylə bombalamışdı.

Quldur İsrail rejiminin bu hücumlarına müqavimət göstərən Suriya rəhbərliyi isə BMT və Təhlükəsizlik Şurasına etirazını bildirmiş və bu hücumların dayandırılması üçün təzyiq edilməsini istəmişdir. / İslamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...