Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Netanyahu Qolan yüksəkliyinə Trampın adını verdi

Qüdsün qərb divarı (Ağlama divarı- red.) yaxınlığında yerləşən dəmiryolu vağzalı da Trampın adını daşıyacaq.

İsrailin Baş naziri Binyamin Netanyahu İordan çayının qərb sahilində yerləşən Qolan yüksəkliyinin adının dəyişdirilərək ABŞ Prezidenti Donald Trampın şərəfinə “Tramp yüksəkliyi” adlandırılacağını bildirib.

Yerli KİV bildirir ki, Netanyahu ABŞ Prezidentinin Qolan yüksəkliyinin İsrail ərazisi kimi tanınması ilə bağlı verdiyi bəyanata təşəkkür ifadəsi olaraq belə bir qərara gəlib.

Netanyahu qeyd edib ki, yəhudilərin “Pasxa” bayramından sonra bu barədə qətnamə irəli sürəcək. Bununla bağlı video açıqlamasında baş nazir deyib: “Prezident Trampın bu tarixi qərarı hər bir israillilini dərindən təsirləndirdi”.

Digər bir qərara əsasən, Qüdsün qərb divarı (Ağlama divarı- red.) yaxınlığında yerləşən dəmiryolu vağzalı da Trampın adını daşıyacaq.

Azvision.az xatırladır ki, hazırda sözügedən ərazidə 50 min insan yaşayır. Onlardan 20 mini suriyalıdır, təxminən 20 mini isə 33 yeni yaşayış məskənlərində yerləşdirilmiş israillilərdir. 18 min suriyalı İsrail vətəndaşlığını qəbul etmək istəmir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...