Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Netanyahu Trampı Qüdsə dəvət etmək istəyir

Qüds ətrafında müzakirələr səngimir.

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-a səfər edib.

Din.az xəbər verir ki, Netanyahu Vaşinqtonda, Ağ Evdə İsrail lobbisinin hər il təşkil etdiyi ənənəvi tədbirdə iştirak edəcək.

Netanyahu ABŞ prezidenti Donald Trampı Qüdsə səfəri məsələsini də müzakirə edəcəyini bildirib.

Bundan əlavə Baş Nazir İsrail xalqının adından Trampa ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi qərarına görə də təşəkkür edəcəyini vurğulayıb.

Qeyd edək ki, səfirliyin köçürülməsi mayın 14-nə İsrail dövlətinin yaranmasının 70 illiyində planlaşdırılır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...