Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Netanyahudan İrana sərt XƏBƏRDARLIQ

“İran, Babul Mendebi bağlamağa çalışsa, qarşısında buna mane olacaq güclü beynəlxalq koalisiya görəcək”.

İsrail Baş Naziri Benyamin Netanyahu İranı, Qızıldəniz üzərindəki əhəmiyyətli boğazlardan biri olan Babul Mendeb Boğazını bağlamaq cəhdinə qarşı xəbərdarlıq edib.

Din.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin şimalındakı Hayfa dəniz bazasında, dəniz zabitlərinin buraxılış mərasimində danışan Netanyahu “İran, Babul Mendebi bağlamağa çalışsa qarşısında buna mane olacaq güclü bir beynəlxalq koalisiya tapacağına əminəm. Bu koalisiyanın daxilində İsrail də olacaq”, – deyə B.Netanyahu bildirib.

Ancaq o, koalisiyanın hansı ölkələrdən ibarət olacağı ilə bağlı məlumat verməyib. Netanyahu, dənizin özlərinə bir çox imkanlar yaratdığını, dəniz sayəsində İsrail gəmilərinin geniş bir sahəyə çatdığını və bunun da ölkənin inkişafına böyük bir güc qatdığını qeyd edib. Xatırladaq ki, Husilər keçən həftə Qızıldənizdə Səudiyyə Ərəbistanına aid iki neft gəmisinə hücum təşkil etmişdi. Hücum zamanı tankerlərdən biri zədələnmişdi. Bu səbəbdən Ər-riyad rəhbərliyi, Babul Mendeb Boğazından neft transferinin təxirə salındığını bildirmişdi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...