Netanyahudan qərar: Qəzzanın taleyi həll olunur

Qəzza sərhədindəki vəziyyətlə əlaqədar iclas keçiriləcək.
İsrail Baş naziri Benyamin Netanyahu Qəzza sərhədindəki vəziyyətlə əlaqədar iclas keçirəcək.
Din.az xəbər verir ki, iclasda İsrail Müdafiə naziri Aviqdor Liberman, Baş Qərargah rəisi Qadi Ayzenkot, Ümumi Təhlükəsizlik Xidmətinin rəhbəri (ŞABAK) Nadav Arqaman iştirak edəcək. İclas Müdafiə Nazirliyinin Təl-Əvivdəki Kiriya kompleksində baş tutacaq.
Qeyd edək ki, bundan öncə İsraillə HƏMAS atəşkəslə bağlı danışıqlara başlayıb. Danışıqlar məxfi şəkildə Qətərdə keçirilir. Tərəflər atəşkəslə bağlı razılaşacağı təqdirdə HƏMAS Qəzzadakı hakimiyyətini Fələstin administrasiyasına təhvil verəcək.