Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Netanyahudan ŞOK VƏD: Oranı da ilhaq edəcəyik

Yaxın Şərqdə gərgin vəziyyət davam edir.

İsrailin baş naziri Benyamin Netanyahu İordan çayının Qərb sahilindəki Fələstin ərazilərində yerləşdirilən yəhudi qəsəbələrini ilhaq edəcəyinə söz verib.

Din.az xəbər verir ki, baş nazir bu haqda “Kanal 12”-də seçkiqabağı telemüsahibəsi zamanı bildirib.

“Müstəqil bir Fələstin dövləti İsrailin varlığına təhdiddir. Mən Yerusəlimi (Qüds –red.) bölməyəcəm, yəhudi yaşayış məntəqələrini də boşaltmayacağam”, – o deyib.

Şərqi Qüds və Qolan təpələrinin ilhaqını xatırladaq aparıcının “Niyə Qərbi Şeriadakı qeyri-qanuni yəhudi yaşayış məntəqələrini İsrailə ilhaq etmədiniz?” sualına Netanyahu belə cavab verib:

“Siz növbəti mərhələyə keçib-keçməyəcəyimizi soruşursunuz. Bəli, biz növbəti mərhələyə keçəcəyik və oraları da İsrailə ilhaq edəcəyik”.

Qeyd edək ki, 1967-ci ildə İsrail tərəfindən işğal edilən Qərb Şeriada təxminən 250 qeyri-qanuni yəhudi yaşayış məntəqəsi var və orada 400 mindən çox yəhudi məskunlaşıb. Beynəlxalq qanunlara görə, işğal olunmuş ərazilərdə olan bütün yəhudi yaşayış məntəqələri qanunsuz hesab edilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...