Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Netanyahunun başı dərddə: ABŞ qarışmadı…

Benyamin Netanyahu ilə bağlı araşdırmalar davam edir.

ABŞ Baş nazir Benyamin Netanyahu ilə bağlı araşdırmanı israilin daxili işi hesab edir.

Din.az xəbər verir ki. bu sözləri ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert Netanyahu haqqında cinayət işinin başlanması qalmaqalına münasibət bildirərkən deyib.

“Mənim deyə biləcəyim budur – ABŞ təkcə Baş nazir beynamin Netanyahu ilə deyil, İsrail hökuməti ilə sıx əlaqələrə malikdir. Biz, əlbəttə, baş verənlərdən xəbərdarıq, ancaq hesab edirik ki, bu, İsrailin daxili işidir”, – Noyert brifinqdə bəyan edib.

Xatırladaq ki, İsrail polisi ölkənin Baş naziri Benyamin Netanyahuya qarşı haqqında korrupsiya, dələduzluq və etibardan sui-istifadə ittihamını irəli sürmək üçün kifayət qədər material toplandığını elan edib. Materiallar iki cinayət işinin istintaqı çərçivəsində toplanıb. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...