Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Netanyahunun oğlu türkləri təhqir etdi – FOTO

Türkiyə ilə İsrail arasında yaranan gərginlik davam edir.

ABŞ səfirliyinin Qüdsə köçürülməsi səbəbi ilə Qəzzada etiraz aksiyalarının davam etdiyi dönəmdə İsrailin baş naziri Benyamin Netanyahunun oğlu bütün diqqətləri öz üzərinə çəkib.

Din.az xəbər verir ki, yəhudi baş nazirin oğlu Yair Netanyahu Türkiyə ilə bağlı paylaşım edib. O, şəxsi Instagram hesabının “story” hissəsində türkləri təhqir edib.

Qəzza məsələsinə görə Türkiyə ilə İsrail arasında yaranan gərginlik buna səbəb kimi göstərilir.

O, paylaşım etdikdən bir neçə saat sonra Instagram hesabını bağlayıb.

Xatırladaq ki, ABŞ-ın İsraildəki səfirliyi may ayının 14-də Təl-Əvivdən Qüdsə köçürülüb. Bu, həm də İsrail dövlətinin yaradılmasının 70-ci ildönümünə təsadüf edib. Fələstinlilər ABŞ səfirliyinin Qüdsə köçürülməsi və İsrail dövlətinin yaradılması ilə bağlı Qəzza sərhədində aksiya keçirib. İsrail hərbçilərinin aksiyaçıları atəşə tutması nəticəsində 61 fələstinli ölüb, 2 min 770-dən çox fələstinli yaralanıb. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...