Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Netanyahuya qarşı sui-qəsd cəhdi – Əsəd günahlandırılır

Suriya rejimi və Bəşər Əsəd günahlandırılır.

Qüdsdə İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı sui-qəsd planlaşdıran dəstə zərərzisləşdirilib.

Din.az xəbər verir ki, bu barədə İsrailin Daxili Təhlükəsizlik Təşkilatı “Şin Bet” məlumat yayıb.

Məlumatda məsələ ilə əlaqədar 30 yaşlı Məhəmməd Camal Rəşadın və bir neçə şəxsin saxlanıldığı bildirilib. M.C.Rəşadın Netanyahudan əlavə, Qüdsün bələdiyyə sədri Nir Barkat, ABŞ-ın burada yeni açılmış səfirlik binası haqqında da məlumat topladığı açıqlanıb.

İsrail rəsmiləri məsələ ilə əlaqədar Suriya rejimini və Bəşər Əsədi günahlandırıblar.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...