Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Netenyahu İordan çayının qərbindəki qəsəbələri ilhaq edəcəyini vəd edib

Yüz min yəhudinin yaşadığı qəsəbələr İsrailin bir hissəsi sayılmır.

İsrail baş naziri Binyamin Netenyahu İordan çayının qərbində Fələstin ərazilərində yerləşən bütün yəhudi qəsəbələrinin ilhaq ediləcəyini vəd edib.

Din.az bildirir ki, hazırda yüz min yəhudinin yaşadığı qəsəbələr Şərqi Qüds və Colan təpələrindən fərqli olaraq, qanunvericiliyə əsasən İsrailin bir hissəsi sayılmır.

B. Netenyahu “Twitter” səhifəsində yazıb ki, İsrailin suverenliyini bütün qəsəbələrdə təmin edəcəklər.

Qeyd edək ki, baş nazir postunu qorumağa çalışan B. Netenyahunun bu bəyanatı parlament seçkilərindən 3 həftə əvvələ təsadüf edir. / APA

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...