Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Qaynar Xəbərlər

Netanyahu qatil əsgərin azad edilməsini tələb etdi

Share Button

Netanyahu qatilin bağışlanmasını tələb edib.

İsrailin baş naziri Benyamin Netanyahu, Qərbi Şəriədə yaralı fələstinlini öldürən və məhkəmə tərəfindən cinayətkar elan edilən İsrail əsgəri üçün xüsusi bağışlanma qərarı qəbul edilməsini tələb edib.

“Din.az” Türkiyə mətbuatına istinadən xəbəb verir  ki, İsrailin baş naziri Benyamin Netanyahu sosial media vasitəsilə paylaşdığı ismarışında bunları deyib: “Bu gün hər şeydən əvvəl Elor Azaria (cinayətkar əsgər), onun ailəsi, İsrail əsgərləri, mənim də aralarında olduğum bir çox vətəndaş, eləcə də valideynləri üçün çox çətin gündür”.

Əl-Xalildə yaralı və hərəkətsiz halda yerdə yatan bir fələstinlini başından vuraraq öldürdüyü ilə bağlı görüntüləri üzə çıxan qatil İsrail əsgəri Azaria haqqında hərbi məhkəmədə “məqsədsiz adam öldürmə”yə görə cinayət işi açılıb və o həbs olunub.

shooting

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir