Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Niderlandda niqab qadağası ilk dəfə tətbiq olundu

Bu, Niderlandda niqaba qadağanın tətbiq edildiyi ilk hadisədir.

Niderlandda sürücü niqablı qadına avtobusa minməyə icazə verməyib.

Din.az bildirir ki, “Arriva” nəqliyyat şirkəti belə bir hadisənin baş verdiyini təsdiqləyib.

İnsident avqustun 19-da Limburq vilayətinin Steyn bələdiyyəsində yaşanıb. Sərnişin qadınlardan birinin üzü bağlı olduğundan, sürücü avtobusu sürməkdən imtina edib. Öz növbəsində qadın nə üzünü açıb, nə də avtobusdan düşməyə razı olub. Polis işə qarışıb və qadın nəqliyyat vasitəsindən zorla uzaqlaşdırılıb.

Bu, Niderlandda niqaba qadağanın tətbiq edildiyi ilk hadisədir. Xatırladaq ki, bununla bağlı rəsmi qadağa avqustun 1-dən qüvvəyə minib. Qadağaya əməl etməyənlər 150 avro məbləğində cərimə olunacaqlar.

Avropada üz bağlamağı qadağan edən ilk ölkə Fransadır. Bunun ardınca Avstriya, Belçika, Bolqarıstan və Danimarkada da niqaba qarşı bənzər qanun qəbul edilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...