Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Nigeriya hərbçiləri müsəlman nümayişçilərə atəş açıblar, ölənlər var

İbrahim Zəkzəkinin azad edilməsi uğrunda yürüş keçirilib.

Nigeriya hərbçiləri dini liderlərinin azad olunması tələbi ilə nümayişə çıxan şiə müsəlmanlara atəş açıb.

Din.az xəbər verir ki, bu barədə hadisə şahidlərinə istinadən “Reuters” məlumat yayıb.

Bildirilir ki, “Nigeriya İslam Hərəkatı”nın (IMN) yüzlərlə tərəfdaşı 2015-ci ildə həbs edilən İbrahim Zəkzəkinin azad edilməsi uğrunda yürüşdə iştirak ediblər. Yürüş bazar ertəsi Abuca şəhərində baş tutub.

Agentlik insident nəticəsində ölənlərin olduğunu ehtimal edir.

Eyni zamanda IMN nümayəndələri AFP-yə atəş nəticəsində ölənlərin olduğunu bildiriblər.

“Dəqiq ölənlər var. Biz yürüşə silah götürmürük, yolları bağlamırıq…təhlükəsizlik xidmətinin döyüşçüləri bizim qanımızı tökmək qərarına gəldilər”, – deyə hərəkatın rəsmi nümayəndəsi İbrahim Musa vəziyyəti agentliyə şərh edib.

Bundan əvvəl Nigeriyada xristianlarla müsəlmanların toqquşması zamanı 55 nəfər həlak olub. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...