Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Nigeriyada məsciddə terror: 42 ölü, 68 yaralı

Nigeriyanın şərqində məscidə terror hücumu olub.

Qərbi Afrika ölkəsi olan Nigeriyanın şərqindəki bir məscidə təşkil edilən terror nəticəsində 42 adamın həyatını itirdiyi, 68 nəfərin isə yaralandığı bildirilib.

Din.az xarici mediaya istinadən xəbər verir ki, bölgənin polis sözçüsü olan Othman Abubakar açıqlamasında, Adamawa əyalətinə yaxın Yan Gwajo bölgəsində, zöhr namazı zamanı 2 terrorçunun hücum təşkil etdiyini bildirib. Abubakar hücum zamanı 42 nəfərin öldüyünü, 68 nəfərin yaralandığını söyləyib. Axtarış qurtarma əməkdaşı olan Sanı Kakale jurnalistlərə verdiyi açıqlamada, xəstəxanaya gətirilənlərin çoxunun ağır yaralandığını bildirərək, ölənlərin sayının artacağından narahat olduqlarını vurğulayıb. Təşkil edilən hücumu hələ üzərinə götürən olmayıb.

Ancaq regionda fəal vəziyyətdə olan Boko Haram terror qruplaşmasında şübhələnirlər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...