Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Nigeriyada terrorçular məscidə hücum etdi: ölən və yaralılar var

Konduqa rayonundakı məscidə hücum edilib.

Nigeriyanın şimal-şərqində yerləşən Borno əyalətində “Boko Haram” terrorçu qruplaşmasının məscidə bombalı hücumu nəticəsində 8 nəfər ölüb, 7 nəfər ağır yaralanıb.

Din.az xəbər verir ki, bunu Borno əyaləti Mülki Müdafiə Qüvvələrinin rəisi İbrahim Liman bildirib.

Onun sözlərinə görə, hücum əyalətin Konduqa rayonundakı məscidə olunub.

Qeyd edək ki, “Boko Haram” 2000-ci illərin əvvəlindən fəaliyyət göstərir. 2009-cu ildən bəri bu terrorçu qruplaşmanın törətdiyi kütləvi qanlı hadisələr nəticəsində 20 minə yaxın insan ölüb. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...