Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Nigeriyada xristian və müsəlmanlar arasında qarşıdurma baş verib: 16 ölü

Xristian qızların müsəlman olması ilə bağlı iddialar ortaya atılıb.

Nigeriyanın şimal-qərbindəki Kaduna əyalətinin Kasuvan Maqani kəndində xristian qızların müsəlman olması ilə bağlı iddialardan sonra tərəflər arasında qarşıdurmalar yaşanıb.

Din.az xarici mediaya istinadən xəbər verir ki, əyalətin polis idarəsinin sözçüsü Aliyu Muxtar məsələ ilə bağlı açıqlama verərək hadisə nəticəsində 16 nəfərin öldüyünü, çox sayda insanın yaralandığını dilə gətirib. Yaralılar xəstəxanalara aparılıb və əraziyə polis cəlb olunub.

Qarşıdurma ehtimalına görə kənd sakinləri evlərini tərk etmir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...