Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Nihat Hatipoğlu Ərdoğanın “Dində islahat axtarmırıq” fikrinə nə dedi? – Müsahibə

Ərdoğan: “Müsəlmanlar özlərini inkişaf etdirməlidir”.

İlahiyyatçı Nihat Hatipoğlu Ərdoğanın İslamın bəzi qanunlarının yenilənməsi ilə bağlı səsləndirdiyi fikirlər haqqında danışıb.

Qeyd edək ki, bundan əvvəl çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslamın bəzi hökümlərinin yenilənməsini ifadə etmişdi. “Dində islahat axtarmırıq” deyən Ərdoğan bəzi mövzularda zamana uyğun yenilənmənin vacibliyini bildirmişdi.

Din.az “A24.az”a istinadən xəbər verir ki, Ərdoğanın bu açıqlamaları ilə bağlı ilahiyyatçı professor Nihat Hatipoğlu fikirlərini paylaşıb:

Nihat Hatipoğlunun “Sabah”a müsahibəsi…

-Ərdoğanın “Müsəlmanlar özlərini inkişaf etdirməlidir” verdiyi açıqlaması haqqında nə demək istərdiniz?

– Prezidentimizin bu sözlərindən dində islahat istəyən, müsəlmanların karikaturalarda yer almasına səbəb olan dar düşüncəli dairələrin çörəyi çıxmaz. Ərdoğan qanunlara açıq olan, mühitlə bağlı dövrün ehtiyacına uyğun yeni şeylər söylənməyin vacibliyini xüsusi vurğulayıb. Bu mövzuda aparılan müzakirənin xoş niyyətli olduğunu sanmıram. Bu din islahata ehtiyac duymaz. Heç deform da olmadı. Problem axtarırlarsa, müsəlmanlar özlərində axtarsınlar. Allah “Bu dini biz endirdik və bu dini biz qoruyacağıq” buyurur. Biz çağdaş məsələlərdə, yeni mövzularda, yeni ortaya çıxmış sosial məsələlərdə keçən dinamik dövrdə fətvalarımıza və açıqlamalarımıza davam edəcəyik. Prezidentimizin sözləri də bunu nəzərdə tutur. Kimsə əlini bir-birinə sürtərək burdan özlərinə mövzu çıxartmasın.

-Dövrün ortaya qoyduğu problemlər, suallar və məsələlər var. Hansı mövzularda yeni dəyişikliklər edilə bilər?

-İslam dini hər dövrə cavab verə biləcək bir quruluşdadır. Qarşımızda bir neçə məsələ var; sığorta, orqan nəqli, bankçılıq, klonlanma, süni mayalanma, böyük ticarətdə şəriklik, puldan istifadə, inflyasiyanın dəyərləndirilməsi kimi məsələlərdə bizim buna baxış tərzimiz müəyyən edilməlidir.

-Hamısı bir-birindən qarışıq mövzulardır. Cavabını hardan axtarmağa başlayacağıq?

-İslam bizə heç bir dində olmayan sistem ortaya qoyub. Əvvəlcə bu sualların cavabını quranda axtaracağıq. Allahın kəlamlarında bu mövzu və ya buna bənzər məsələlərlə bağlı nə var? Qurana və ya səhih sünnətə baxacağıq. Burada da tapmasaq islam alimlərinin ortaq araşdırmalarına, yəni icmaya baxarıq. Burda da yoxdursa, müqayisə edəcəyik yəni bir hadisəni başqa bir hadisəyə bənzətmək şansımız varmı? O da yoxdursa, iddia hüququmuz açıqdır.

-Bəs bu iddiaları kim və nəyə görə edəcək?

-İslamın iki təməl qaynağı olan Quran və sünnət, həmçinin müqayisə, ümumi mənfəət, dövrün şərtləri də nəzərə alınaraq orata atılan məsələdə qərar verilə bilər. Təbii ki, hər kəs iddia sürməz. İddianı irəli sürəcək insanların şərtləri kitabda uzun-uzun izah edilib. İslam alimləri kobud deyil. Quran və səhih sünnətə açıq olaraq yer alan heç bir hökmü müzakirə ediləcək vəziyyətə gətirilməsindən qaçmışdır.

– İddia qapısının bir daha açılmamaq üzrə qapalı olduğunu söyləyənlər var.

-İnsanların iddia qapısı bağlı deyil, amma hər adam fikri irəli sürəcəyi mənasını vermir. İslamın sabit hökümlərini qəbul etməyən bir insan problemli olduğu üçün irəli sürdüyü görüş də qəbul edilmə bilməz.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...