Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Nikaha girənlərdə QİÇS və talassemiya xəstəliklərinin statistikası

Nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi …

İyun ayı ərzində nikaha daxil olmaq istəyən və icbari tibbi müayinədən keçən 41 nəfərdə sifilis, altı nəfərdə isə QİÇS aşkar edilib.

Din.az bildirir ki, bunu Oxu.Az-a açıqlamasında Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Direktorun sözlərinə görə, ötən ay ərzində ümumilikdə 11 min 911 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi həyata keçirilib:

“305 nəfərdə, altı cütlüyün isə hər ikisində talassemiya daşıyıcısı aşkarlanıb”.

Zöhrə Əlimirzəyeva bildirib ki, 2018-ci ilin altı ayı ərzində 66 min 384 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi həyata keçirilib:

“1923 talassemiya daşıyıcısı, 146 nəfər sifilis, 69 nəfərdə isə QİÇS aşkar edilib. 28 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı aşkarlanıb.

Altı ay ərzində 32 hamilə qadın perinatal müayinəyə gedib. Uşaqlardan yeddisində xəstəlik, 17-də isə talassemiya aşkarlanıb”.

Direktor qeyd edib ki, 2015-ci il iyun ayının 1-dən bu günə kimi 430 min 668 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi həyata keçirilib:

“15 min 997 nəfərdə talassemiya daşıyıcısı, 1479 nəfərdə sifilis, 351 nəfərdə isə QİÇS aşkar edilib. 159 cütlüyün hər ikisində talassemiya aşkarlanıb”.

Qeyd edək ki, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşların tibbi müayinədən keçməsi mütləq sayılır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...