Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Nike” şirkəti müsəlmanları təhqir etdi – FOTO

İnternetdə müsəlmanlara qarşı petisiya başladılıb.

Məsələ ilə bağlı petisiya başladılıb.

Din.az xəbər verir ki, ABŞ-ın “Nike” şirkətinin adı islamofob qalmaqalın mərkəzində səslənib. Belə ki, bir neçə min müsəlman-alıcı aldıqları idman ayaqqabılarının altında ərəbcə “Allah” sözünə bənzəyən yazılar aşkar ediblər.

Müsəlman ölkələri “AirMax 270” modelli ayaqqabıların bazardan geri çağırılmasını tələb edirlər. Müsəlmanlar bildiriblər ki, həmin ayaqqabılar İslam dinini təhqir edir.

Təhqiredici ayaqqabının satışdan çıxarılması tələbi ilə bağlı petisiya artıq internetdə də var. Petisiyanın müəllifi Saika Nurin yazır ki, “Allah” sözünü xatırladan loqotip ayaqaltında qalacaq, tapdalanacaq, çirklənəcək ki, bu da müsəlmanlar və İslama qarşı ehtiramsızlıq və təhqirdir.

Şirkət rəsmiləri isə bəyan ediblər ki, həmin loqotipdə anti-müsəlman bir şey yoxdur. / İslamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...