Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Niqaba görə cərimənin olduğu yerdə niqab modası – VİDEO

Nümayiş zamanı podiuma çarşablı, niqablı və burkalı modellər çıxıblar.

Danimarkanın paytaxtı Kopenhagendə keçirilən “Copenhagen Fashion Week” moda şousunda iranlı dizayner Reza Etimadinnin MUF10 brendinin yeni korllepksiyası nümayiş olunub.

Din.az bildirir ki, nümayiş zamanı podiuma çarşablı, niqablı və burkalı modellər çıxıblar.

Üstəlik, onlar polis forması geyinmiş kişi modellərlə əl verib görüşüblər, polislərdən çiçək dəstələri alıblar.

Etimadinin sözlərinə görə, bu minvalla Danimarkada ictimai yerlərdə qadınların niqabda və burkada dolaşmasına qoyulmuş qadağaya etiraz edir.

“Niqabla burkanı yasaqlayan hakimiyyət dairələri bu minvalla qadınların insan haqlarını pozur, demokratik dəyərləri tapdalayırlar”, – Reza Etimadi deyib. / Milli.Az

https://daytube.az/az/videos/71117/

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...