Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Niqabını açmayan müsəlman qadın mağazadan qovuldu – VİDEO

Satıcılar qadından niqabını açmasını istədi…

ABŞ-ın İndiana ştatında müsəlman bir qadın niqabını açmadığı üçün alış-veriş etmək istədiyi dükandan qovulub.

“Din.az” xəbər verir ki, Sarah Safi adlı qadın, İndiananın Dary şəhərində bir mağazaya girib. Satıcılar Safidən üzünə bağladığı niqabı açmasını tələb edib. Əks təqdirdə qadından mağazanı tərk etməsini istəyib.

Niqabını dini məqsədlə taxdığını açıqlayan qadına satıcılar, bölgədə cinayət hallarının çox olduğunu, mağazanın dəfələrlə soyulduğunu deyərək cavab verib.

Mağazada yaşadıqlarını feysbuka yüklədiyini videoda paylaşan Safi, yerli televiziya kanalına verdiyi açıqlamada mağaza sahiblərindən üzürxahlıq gözlədiyini bildirib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...