Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Niqablı qadın Almaniyaya uyğunlaşa bilməz!”

“Bizim cəmiyyətimizdə insanın üzünü göstərməsi əsasdır”

Almaniyanın baş naziri Angela Merkel, son günlər qadağan edildiyi üçün müzakirə mövzusuna çevrilən niqabla bağlı açıqlama verib. Angela Merkel tamamilə qapanan bir qadının Almaniyaya uyğunlaşmasının mümkün olmadığını söyləyib.

“Din.az” xəbər verir ki, “Redaktions-Netzwerks Deutschland”a müsahibə verən Merkel “mənim fikrimcə, Almaniyada tamamilə qapanan bir qadının cəmiyyətə uyğunlaşma şansı çox azdır” deyib. Merkel, niqabın müəyyən hallarda qadağan edilib edilməyəcəyi mövzusunda isə fikir bildirməkdən çəkinib. Merkel, siyasi və hüquqi bir dəyərləndirmə tələb edən mövzuda Daxili İşlər naziri Thomas de Maiziereyə tam dəstək verdiyini bildirib.

Daxili işlər naziri de Maiziere isə niqabın  ümumiyyətlə qadağan edilməsinə hüquqi səbəblərdən dolayı qarşı olduğunu vurğulamışdı.

Nazir “Bizim cəmiyyətimizdə insanın üzünü göstərməsi əsasdır. Mən konstitutsiya məhkəməsi tərəfindən ləğv edilməsi ehtimal olunan niqabın qadağan edilməsinə qarşıyam” deyib.

Lakin Almaniyanın daxili işlər naziri məhkəmə və məktəb kimi rəsmi yerlərdə niqabın qadağan edilə biləcəyinin siqnalını da vermişdi. Berlində bir araya gələn Xristian Birlik Partiyaları CDU/CSU rəhbərliyindəki əyalətlərin daxili işlər nazirləri keçirdikləri toplantılarda niqab qadağası və ikili vətəndaşlığın ləğv olunması da daxil olmaqla yeni təhlükəsizlik tədbirlərinin müzakirəsini planlaşdırır

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...