Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Bütün xəbərlər »
Qaynar Xəbərlər
france_terror_150716_(4)_(1)

Nitsada terror törədən radikal islamçılarla əlaqəli olub

Share Button

Fransanın baş nazirinin açıqlaması…

“Nitsada terror aktını törədən şəxs radikal islamçılarla əlaqəli olub”.

“Din.az” APA-ya istinadən xəbər verir ki, bunu Fransa baş naziri Manuel Vals “France 2” telekanalına müsahibəsində deyib.

“Terrorçu, şübhəsiz ki, radikal islamçılarla əlaqəli olub. Fransa bu müharibədə mütləq qalib gələcək. Lakin ölkədə terror aktlarının baş verməsi bundan sonra da mümkündür”, deyə M.Vals bildirib.

Qeyd edək ki, iyulun 14-ə keçən gecə Nitsa şəhərində Tunis əsilli Məhəmməd Buhlelin idarə etdiyi yük avtomobili milli bayram münasibətilə təşkil olunan atəşfəşanlığı izləyən kütlənin içərisinə daxil olub. Nəticədə 84 nəfər ölüb, 100 nəfər yaralanıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top