Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Niyə bütün rayonlarında azan vaxtları Bakıdan bir neçə dəqiqə gec verilir?

Azan vaxtı Günəşin konkret vəziyyəti ilk olaraq Bakıda həyata keçir.

Niyə Azərbaycanın bütün rayonlarında azan vaxtları Bakıdan bir neçə dəqiqə gec verilir, tez yox?

Azan vaxtları Günəşin səmadakı vəziyyətinə əsasən təyin edilir. Çünəşin isə bəlli hərəkət trayektoriyası vardır. Günəş şərq tərəfdən çıxıb qərb tərəfdə batır.

Din.az Milli.Az-a istinadən bildirir ki, Azərbaycanın coğrafi quruluşu elədir ki, böyük şəhərlər içində yalnız Bakı ən şərq nöqtədə yerləşir, bütün rayonlar və şəhərlər Bakıdan qərb tərəfdədir. Ona görə də azan vaxtı Günəşin konkret vəziyyəti ilk olaraq Bakıda həyata keçir, bundan sonra məsafədən asılı olaraq digər rayonlarda azan vaxtı daxil olur. Məsələn, Günəş Bakıda daha tez çıxır və Günəşin doğmasını Bakıda daha tez müşahidə etmək mümkündür. Günəşin batması da digər rayonlara nisbətən Bakıda daha tez baş verir. Abşeron yarımadasının Bakıdan şərqdə yerləşən bəzi qəsəbə və kəndləri istisnadır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...