Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Niyə Ramazan təqvimi hər il 10 gün fərq edir? – ARAŞDIRMA

Ramazan təqvimi ilə bağlı araşdırma sizə də maraqlı gələcək.

Müqəddəs Ramazan ayının ilk həftəsini yaşayırıq.
Din.az bildirir ki, A24.Az bundan əvvəl “Orucluğun orqanizmə olan faydaları”, “Başqa dinlərdə Orucluq” kimi mövzuları sizin üçün araşdırıb. Bu dəfə isə bir çoxlarının üzərindən ötüb keçdiyi mövzunu araşdırmaq qərarına gəlib.

“Niyə RAMAZAN təqvimi hər il 10 gün fərq edir?” sualı yəqin ki bir çoxlarınıza maraqlıdır.

Qurani-Kərimdə ibadətlər Hicri təqvimi əsasında düzülüb. Günümüzdə isə Miladi təqvim (şəmsi ili- günəş ili) anlayışından istifadə edilir. Dünyanın günəş ətrafında fırlanması ilə 365 gün 6 saat yəni günəş ili yaranır.

Bir də məsələnin Ayın günəş ətrafında fırlandığı- dövr etdiyi müddət anlayışı var. Bu zaman isə 29 gün yarım olaraq qəbul edilir. Nəticədə ortaya 29.5×12=354 gün rəqəmi çıxır.

Beləliklə, Hicri-qəməri təqvim ili, miladi təqvim ilindən 10 gün yarım- 11 gün qısa çıxır. Bizim də ibadətlərimiz Hicri- qəməri təqvimlə olduğu üçün hər il bu təqvimin 10 gün irəli çəkilməsi əslində 365 gün sayılan miladı təqvimlə, ondan 11 gün az olan Hicri təqviminin ibadət günlərini eyniləşdirməkdir.

Konkret hesablamalarda hətta ( 365.2422 – 354.367 =) 10.8752 gün alınır. Əslində Hicri-qəməri təqvimlə Ramazan və Qurban bayramı kimi ibadətlər eyni tarixə düşür. Miladi təqvim daha uzun çəkdiyi üçün bizə fərqli görünür. Çünki Miladi təqvim ilin fərqli mövsüm və tarixlərinə tuş gəlir.

Digər maraqlı məqam isə Ramazan və Qurban kimi dini ibadət günlərinin 33 ildən bir təkrarlanmasıdır. Məsələn, 2018-ci ildə may ayına təsadüf edən orucluq, bir də 33 il sonra eyni ay və gündə başlayacaq.

Nəticə isə bundan ibarətdir ki, Orucluqda üç yüz altmış beş (365) günlük Miladi təqvim deyil, təqribən üç yüz əlli beş günlük (355) Hicri təqvimi əsas götürülür. İki təqvim arasındakı fərq də buradan yaranır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...