Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Nizamiyyə Mədrəsəsi və onun azərbaycanlı nümayəndələri

Mədrəslər eyni zamanda siyasi məqsədlərə xidmət edən, ideoloji mübarizəyə qoşulan təhsil sistemi olub.

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan ədəbiyyatı kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “Dilimiz və mənəviyyatımız” layihəsi çərçivəsində “Nizamiyyə Mədrəsəsi və onun azərbaycanlı nümayəndələri” adlı tədbir keçirilib.

Din.az bildirir ki, Universitetdən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri akademik Muxtar İmanov iştirakçıları salamlayaraq Nizamiyyə Mədrəsəsi haqqında geniş məlumat verib. O, Nizamiyyə mədrəsələrinin, Böyük Səlcuqlar dövründə yarandığını və vəzir Nizammülkün adı ilə bağlı olduğunu qeyd edib. Muxtar İmanov Bağdad Nizamiyyə mədrəsəsinin orta əsrlərin ilk universiteti sayıldığını diqqətə çatdırıb. O, mədrəslərin eyni zamanda siyasi məqsədlərə xidmət edən, ideoloji mübarizəyə qoşulan bir təhsil sistemi olduğunu da sözlərinə əlavə edib. Xətib Təbrizi haqqında danışan M.İmanov onun Nizamiyyə mədrəsələri açıldıqdan sonra burada filologiyanı tədris etdiyini və mədrəsədəki məşhur kitabxananın rəhbəri olduğunu da vurğulayıb. O, mədrəsələrin təhsil sistemindən danışaraq burada təkcə dini mövuzlar deyil, eyni zamanda ədəbiyyat, tarix kimi dərslərin də tədris olunduğunu qeyd edib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun direktoru, ADU-nun Azərbaycanşünaslıq ETL-nin aparıcı elmi işçisi Möhsün Nağısoylu islam mədəniyyəti ilə bağlı olan bu mövzunun olduqca aktual olduğunu bildirdib. O, İslam mədəniyyətinin yaranmasında ərəblərlə yanaşı, farslar və türklərin də rolu olduğunu vurğulayıb: “Nizamiyə mədrəsələrini öyrənmək mədəniyyət və tariximizi öyrənmək deməkdir”. O, İslam dünyasında mədrsələrin məscidlərin tərkibində fəaliyyət göstərdiyini söyləyib. M.Nağısoylu Nizamiyyə mədrəslərinin Nizammülkün təşəbbüsü ilə ideoloji mübarizə forması kimi əsl dini kadrlar yetişdirmək məqsədilə yarandıldığını sözlərinə əlavə edib.

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Hüquq İnstitutunun baş elmi işçisi Könül Bünyadzadə Nizamiyyə mədrəslələrinə yaranma ərəfəsi haqqında danışaraq İslam dinin özündə elm və ən xırda məişət detallarını ehtiva etdiyini söyləyib. O, İslam dinində həm də elmə çağırış olduğunu sözlərinə əlavə edib. O, Nizamiyyə mədrəsələrində dini elmlərlə yanaşı, dünyəvi elmlərin də tədris olunduğunu bildirib. K.Bünyadzadə bu mədrəsələrin kökündə maarifçiliyin dayandığını da vurğulayıb.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...