Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Nobel mükafatı almış müsəlman alim vəfat edib

Alimin nəşi Misirə göndəriləcək…

1999-cu ildə kimya üzrə Nobel mükafatı almış Əhməd Həsən Zaveyl 70 yaşında ABŞ-da vəfat edib. 

“Din.az” “avropa.info”ya istinadən xəbər verir ki, bu barədə Misirin hərbi çevriliş yolu ilə hakimiyyətə gəlmiş prezidenti Əbdül Fəttah Sisi açıqlama verib.

Misir-Amerika elm adamının nəşi bu gün Misirə göndəriləcək. Ölümün səbəbləri haqda heç nə deyilmir.

Zeveyl kimya elmində yeni sahə olan femtokimya sahəsində kimyəvi reaksiyaların öyrənilməsinə görə Nobel mükafatı alıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...