Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Nobel mükafatı laureatından ÇAĞIRIŞ – “70 ildir…”

“Kəşmirlilər 70 ildir dəhşət içərisində yaşayırlar”.

Nobel mükafatı laureatı Malala Yusufzay sosial media hesabından Kəşmirdə vəziyyəti sabitləşdirməklə bağlı çağırış edib.

Din.az xəbər verir ki, o, insan hüquqlarının, uşaqların və qadınların hər zaman qorunmalı olduğunu, 70 illik problemin sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb.

“Kəşmirlilər 70 ildir dəhşət içərisində yaşayırlar. Cənubi Asiyada 1,8 milyard insan yaşayır. Biz fərqli mədəniyyətləri təmsil etsək də, sülh şəraitində yaşaya bilərik. Ümid edirəm ki, bütün Cənubi asiyalılar, əlaqədar beynəlxalq qurumlar məsələyə münasibət bildirəcəklər”, – deyə o, əlavə edib. / Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...