Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Norm Sement media nümayəndələri və müştəriləri üçün iftar süfrəsi açıb

Norm Sement İslamda birliyə verilən önəmi bir daha nümayiş etdirib.

Norm Sement Müqəddəs Ramazan ayı münasibətilə müştəriləri və media nümayəndələri üçün iftar süfrələri təşkil edib.

Din.az “Milli.az”a istinadən xəbər verir ki, ilk iftar məclisində şirkətin pərakəndə satışını həyata keçirən dilerlər, Norm Ustalar Klubunun Bakıdakı nümayəndələri daxil olmaqla 300-ə yaxın, növbəti gün açılan iftar süfrəsində isə kütləvi informasiya vasitələrindən 40-a yaxın nümayəndə iştirak edib. İftar süfrəsi ətrafında şirkət nümayəndələri hər kəsi bir-bir salamlayıb, müştərilər və media nümayəndələri ilə səmimi mühitdə söhbət ediblər.

Norm Sement bu müqəddəs ayda öz müştəriləri və media nümayəndələri ilə bir araya gələrək İslamda birliyə verilən önəmi bir daha nümayiş etdirib.

Şirkət Müqəddəs Ramazan ayı münasibətilə bütün Azərbaycan xalqını təbrik edir, hər kəsə Uca Allahdan sülh və bərəkət diləyir!

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...