Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Norveçdə məscidə hücum edən şəxs baş verənləri videoya çəkibmiş

Məsciddən yaxınlığından çəkilən kadrlar istintaq üçün vacib dəlilə çevrilib.

İki gün öncə Norveçdə məscidə silahlı hücum etmiş şəxs – Filip Manshaus baş verənləri “GoPro” kamerası ilə çəkibmiş.

Din.az bildirir ki, bu barədə yerli NRK kanalı hüquq-mühafizə orqanlarına istinadən xəbər verir.

Hadisə yerindən çəkilən kadrlar istintaq üçün vacib dəlilə çevrilib. İstintaqı aparan prokuror Pol-Fredrik Yort Krabyu jurnalistlər üçün keçirilən konfransda qeyd edib ki, hazırda əldə olan videomaterial ciddi fakt kimi təhlil olunur.

Qeyd edək ki, avqustun 10-da Norveçin paytaxtı Osloda yerləşən məscidə edilən silahlı hücum zamanı bir nəfər həlak olmuşdu. / Oxu.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...