Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Norveçin təhsil müəssisələrində niqab qadağan edilib

Ölkənin bütün təhsil müəssisələrində tədrisdə niqab qadağan olunur.

Norveç parlamenti hökumətin təklifi ilə ölkənin bütün təhsil müəssisələrində tədrisdə niqabla iştirakı qadağan edən qanun qəbul edib.

Din.az xəbər verir ki, bu barədə Norveçin Elm Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qadağa bu ilin avqustunda qüvvəyə minəcək və tələbələrə, məktəblilərə və müəllimlərə şamil ediləcək. Bu qayda qısamüddətli və başqa şəraitlərdə həmin müəssisələrə gələnlərə tətbiq edilməyəcək.

Qeyd edək ki, bu il mayın sonunda Danimarka parlamenti də hökumətin ictimai yerlərdə baş örtüyü ilə üzün gizlədilməsinin qadağan olunması barədə təklifini təsdiqləyib. Həmin qayda avqustun 1-dən qüvvəyə minəcək. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...