Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Notr-Dam kilsəsində baş verən yanğının səbəbi …

850 illik tarixi abidədə çıxan yanğın 8,5 saat sonra söndürüldü.

Fransanın tarixi Paris Notr-Dam kilsəsində çıxan yanğının səbəbi ilə bağlı ilkin açıqlamalar verilib.

Din.az xəbər verir ki, ilkin versiyaya görə, yanğının səbəbi böyük ehtimalla qısaqapanmadır.

Fransa polisinin verdiyi məlumata görə, aparılan istintaq araşdırmalarının nəticəsi bunu deməyə əsas verir.

Daha öncə “Le Parisien” qəzeti kilsədə aparılan bərpa işlərində istifadə olunan daşıyıcı mexanizmlərdən çıxan qısaqapanmanın yanğına səbəb ola biləcəyini yazmışdı.

Qeyd edək ki, 850 illik tarixi abidədə çıxan yanğın 8,5 saat sonra söndürülmüşdü. Fransa prezidenti Emmanuel Makron kilsənin 5 il içində əvvəlki vəziyyətinə qayıdacağı ilə bağlı söz verib. Tarixi abidənin yenidənqurması üçün 1 milyarddan çox ianə toplanıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...