Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Notr-Dam kilsəsində yanğından sonra ilk ibadət mərasimi keçiriləcək

“Tarix simvolik seçilib. Bu, kilsənin təqdis edilməsi tarixdir” – P.Şove.

Fransanın paytaxtında yerləşən Notr-Dam kilsəsində yanğından sonra ilk ibadət mərasimi iyunun 15-16-da keçiriləcək.

Din.az xəbər verir ki, bu barədə kilsənin baş keşişi Patrik Şove həftəlik “Famille chretienne”ə bildirib.

“Tarix simvolik seçilib. Bu, kilsənin təqdis edilməsi tarixdir”, – P.Şove deyib.

Qeyd edək ki, aprelin 15-də gecə saatlarında Notr-Dam-de-Pari kilsəsinin tarixində ən güclü yanğın baş verib. Nəticədə kilsənin spili (uzun nazik çıxıntı) aşıb. Fransa prezidenti Emmanuel Makron beş ilə Notr-Damı bərpa edəcəyinə söz verib. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...