Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Notr-Dam kilsəsinin bərpası üçün 270 milyon avro yığılıb

Paris Notr-Dam kilsəsinin yenidən qurulması üçün ianələr yığılır.

Aprel ayında güclü yanğın baş vermiş Paris Notr-Dam kilsəsinin yenidən qurulması üçün Fransanın dörd fondu tərəfindən 270 milyon avroya yaxın ianə yığılıb. Vəsaitin toplanmasında 150-dən çox ölkədən yüz minlərlə donor iştirak edib.

Din.az “Report”a istinadən xəbər verir ki, bu barədə fondlardan əldə olunan məlumatlarda bildirilir.

Aprelin 15-də məlum kilsədə baş vermiş dağıdıcı yanğından sonra Fransa hökuməti bərpa işlərinin aparılması üçün vəsait yığımı kampaniyasına start verib.

Ekspertlərin qiymətləndirmələrinə görə, kilsənin bərpasına bir neçə yüz milyon avro tələb olunacaq.

“Biz 152 ölkədən olan 230 min şəxsdən 221 milyon avro əldə etmişik”, – deyə “İrs Fondu”nun mətbuat xidmətinin rəhbəri Lorans Levi bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...