Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Növbəti erməni həyasızlığı: Tələt paşaya ağır təhqir – Foto

Ermənilər yenə vəhşi xislətlərini nümayiş etdirdilər.

Ermənistanın əliqanlı xalq qəhrəmanı Soqomon Teyleryana Şirak bölgəsində qoyulmuş abidə ilkin variantına qaytarılıb.

Din.az bildirir ki, bu barədə Ermənistan mətbuatı yazıb.

Məlumata görə, erməni heykəltəraş Samvel Petrosyanın müəllifi olduğu abidənin ilkin variantında Osmanlı İmperiyasının şəhid edilən Daxili İşlər naziri Tələt paşanın kəsilmiş başı Soqomon Teyleryanın ayağı altında olub. 2015-ci ildə qondarma erməni soyqırımının 100 illiyi şərəfinə keçirilən silsilə tədbirlər çərçivəsində açılışı olan abidənin ilkin variantı erməni rəhbərliyinin işə qarışması ilə dəyişdirilib və abidənin Osmanlı paşasının kəsilmiş başı olan hissəsi örtülüb. Ermənistan rəhbərliyi heykəltəraşın narazılığına baxmayaraq, sözügedən formanı münasib bilib və ilkin variantın Avropanın narazılığına səbəb olacağını bildirib.

Bu günlərdə isə Petrosyan kin və nifrətlə hazırlanmış abidəsinin ilkin variantına qaytarıldığı xəbəri ilə sevinib. Petrosyan bu qərarı kimin qəbul etdiyini bilməsə də, sevincini gizlətməyib:

“Mənim üçün əsas odur ki, indi 100 faiz özümün düşündüyüm abidəni görə biləcəm”.

Qeyd edək ki, Soqomon Teyleryan 1921-ci ildə Almaniyada Tələt paşanı qətlə yetirəndən sonra həbs edilib, amma heç bir günahı olmadığı bildirilərək azadlığa buraxılıb. Bundan sonra 30 il Serbiyada yaşayıb. 1953-cü ildə Teyleryan ABŞ-a köçüb. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...