Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Nyu Yorkda yerləşən sinaqoq qapılarını müsəlmanların üzünə açdı – VİDEO

Yəhudilər: “Biz qonşuyuq, dostuq, kədərinizi bölüşürük”.

Nyu York şəhərindəki sinaqoqlardan biri cümə namazı üçün qapılarını müsəlmanların ibadəti üçün açıb.

Din.az Türkiyə mətbuatına istinadən bildirir ki, müsəlmanlara qarşı xoş niyyətini göstərmək istəyən bir çox insan məscidlərin qarşısında növbə çəkib, bəziləri isə öz ibadət yerlərini müsəlmanların xidmətinə verib. Bunun nümunələrindən biri Manhettendə 55-ci küçədəki sinaqoqlatdan birində baş verib. Nyu Yorkda yerləşən sinaqoq qapılarını eyni küçədəki məscidin camaatı üçün cümə namazına açıb.

Yeni Zelandiyada baş verən terror hadisələrindən sonra müsəlmanların kədərini bölüşmək məqsədilə qapılarını onların ibadəti üçün açdıqlarını qeyd edən sinaqoqun səlahiyyətli şəxsləri bunları deyiblər: “Biz qonşuyuq, dostuq, kədərinizi bölüşürük”.

Namaz əsnasında sinaqoqun qarşısında dayanan və baş örtüyü taxan yəhudi qadın isə əlində, “Yəhudi qonşularınız sizin yanınızdadır” yazılan lövhəcik tutub, sinaqoqun içində isə müsəlman və yəhudilər əllə salamlaşaraq birlik mesajı veriblər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...