Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

O biri dünyaya niyə inanmalıyıq? – Ateistlərin suallarına cavablar – VİDEOMÜSAHİBƏ

“Ateistlərin suallarına cavablar – 4”

Tanınmış ilahiyyatçı Elşad Miri silsilə müsahibələrindən biri olan “Ateistlərin suallarına cavablar – 4”ü təqdim edib.

Din.az xəbər verir ki, mövzu ətrafında sualları yenə türkiyəli ilahiyyatçı Mustafa İslamoğlu cavablandırıb.

Müsahibə zamanı cavalandırılan sualları təqdim edirik:

1 – Müsəlman inanmalıdır, yoxsa bilməlidir?

2 – İnsanlar öz dillərində namaz qıla bilərlərmi? (5:25-ci dəqiqədən)

3 – Axirətə inanmağın insana faydası, inanmamağın ziyanı nədir? (21:00-cı dəqiqədən)

4 – Cənnət təsəvvürü ərəblərin xəyallarına uyğun olaraq təsvir edilir? (32:24-cü dəqiqətən)

5 – Prinsip sahibi olan Allah axirətdə prinsiplərini pozacaqmı? (36:05-ci dəqiqədən)

6 – Muhamməd Peyğəmbər İslamı ərəblər üçün gətirdi? Çünki hazırda ən çox faydalananlar əsərblərdir. (39:03-cü dəqiqədən)

7 – Həcc ziyarəti ərəblərə pul qazandırmaq üçündürmü? (45:38-ci dəqiqədən)

8 – Allahın Özü barədə soruşmaq, öyrənmək mümkündürmü? (53:33-cü dəqiqədən)

9 – Muhamməd peyğəmbər Kəbədəki kiçik bütləri qırıb Kəbəni böyük büt halına gətirmədimi? (1:00:18)

“A24.az” sözügedən müsahibəni təqdim edir:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...