Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Obama Məhəmməd Əlinin cənazəsinə getməyəcək!

Obama həyat yoldaşı ilə onlar üçün vacib olan başqa bir mərasimdə iştirak edəcəklər

ABŞ prezidenti Barak Obamanın əfsanəvi boksçu Məhəmməd Əlinin cümə günü təşkil olunacaq cənazəsində iştirak etməyəcəyi açıqlanıb.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-ın Luizvell şəhərində həyata keçiriləcək mərasimdə Obama və həyat yoldaşı yer almayacaq. Ağ Evin sözçüsü Jen Friedman isə, “Obama cütlüyü qızları Malianın Vaşinqtondakı lisey məzuniyyətinə qatılacaq” deyib.

Obamanın yerinə cənazədə qocaman məsləhətçisi Valeriya Jarrett iştirak edəcək. Əlini şəxsən tanıdığı bildirilən Jarrett cənazə mərasimində ABŞ prezidenti Obama və həyat yoldaşının məktubunu oxuyacaq.

Xatırladaq ki, Kentukki ştatının Luizvell şəhərində keçiriləcək cənazə mərasiminə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılacaq.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...