Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Obama müsəlmanlarla bağlı Trampa xəbərdarlıq etdi

ABŞ prezidenti bu haqda Ratqers universitetində çıxışı zamanı deyib.

Barak Obama Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Trampı sərt tənqid edib.

Din.az Avropa.info-ya istinadən xəbər verir ki, Obama ona Meksika ilə ABŞ arasına divar çəkmək istəyi və müsəlmanları ölkəyə buraxmamaq çağırışını xatırladaraq irad tutub. ABŞ prezidenti bu haqda Ratqers universitetində çıxışı zamanı deyib.

“Siyasətdə də, həyatda da bilik çatışmazlığı eyib deyil. Pis olan odur ki, insan nə danışdığını bilmir. Söhbət arzu olunan həqiqətə çevirməkdən getmir. Siyasi etikanın pozulmasından da getmir. Sadəcə insan nə dediyini bilmir. Müsəlmanların diskriminasiyası təkcə bizim dəyərlərə xəyanət deyil. Bu xaricdə ektremizmə qarşı vacib tərəfdaşımız olan icmaları ölkəmizdən soyutmaqdır. Bütün dünyaya qarşı divar çəkmək çıxış yolu deyil”.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...