Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Obamanın Tibetin dini lideri ilə qapalı görüşü keçirilib – VİDEO

Çin bu görüşdən çox narahatdır

ABŞ prezidenti Barak Obama Ağ Evdə Tibetin bütün dini lideri Dalay Lama ilə bir araya gəlib.

Mətbuata qapalı şəkildə keçirilən bu görüşdə heç bir telekanal yer almayıb və bağlı qapılar arxasında keçirilən müzakirələrin geniş təfərrüatı haqda da məlumat verilməyib.

Ağ Evdən isə bildirilir ki, Obama Dalay Lama ilə tibetlilərin Çindəki son vəziyyətini geniş müzakirə edib.

Onu da bildirək ki, artıq Çinin Xarici İşlər Nazirliyi məsələ ilə bağlı rəsmi bəyanat yayıb. Bəyanatda isə deyilir ki, Amerika prezidentinin Tibetin dini lideri ilə görüşməsi rəsmi Pekini bərk narahat edir. Rəsmi Vaşiqtonun bu məsələdə ehtiyyatlı davranmalı olduğu xatırladılan bu bəyanatda Dalay Lama separatçı agent adlandırılıb. Bildirilib ki, onun əsas məqsədi Çini parçalamaq və öz dövlətini yaratmaqdır.

“Din.az” Obama ilə Dalay Lamanın görüşündən olan videogörüntünü təqdim edir:

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...