Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Oğurlanmış elektrik enerjisinin halallığı çətin olur – VİDEO

“Kasıb insanlar elektrik enerjisini oğurluq yolu ilə istifadə edə bilərmi?”

Qul haqqı mövzusunu verilişində müzakirə edən aparıcı Fatih Çıtlak oğruluq yolu ilə elektrik enerjisindən istifadə edənlər haqqında verilən sualı cavablandırıb.

Türkiyədə Mehmed Fatih Çıtlak “Star” TV-də hər sahur “Mehmed Fatih Çıtlak ilə Ramazan Bereketi” proqramınını aparır.

Verilişdə günlük həyatda islamın baxışını və izləyicilərin suallarına cavab verən Çıtlak, adını açıqlamaq istəməyən bir tamaşaçının oğurluq elektrik enerjisindən istifadə etməklə bağlı sualını belə cavablandırıb:

“Oğurluq yolu ilə elektrik enerjisi istifadə edənlər, sadəcə dövlətdən oğurluq etmir, hər birimizdən oğurluq edir. Bu əməlin halallığı çox çətin olar”.

“Din.az” Türkiyə mediasına istinadən verilişdən olan videogörüntünü təqdim edir:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...