Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

OĞURLUĞA GÖRƏ ƏLLƏRİN KƏSİLMƏSİ, DİNDƏN DÖNƏNLƏRİN YANDIRILMASI… BU DOĞRU CƏZA ÜSULUDURMU? – VİDEOSORĞU

“Quran”ın dilimizə doğru tərcümə olduğuna nə dərəcədə inanırıq?

İslam şəriətinin hökm sürdüyü ölkələrdə insanların və hökumətlərin, xüsusən də, İŞİD-in fəaliyyəti nəticəsində hər hansı şəri hökmləri pozanlara qarşı cismani cəzalarının şahidi oluruq.

“Din.az” “A24.Az”a istinadən xəbər verir ki, xəyanət görə daşqalaq edilməsi, oğurluğa görə əllərin kəsilməsi, dindən dönənlərin edam edilməsi, yandırılması və bu kimi başqa halların İslam dininə əsaslanaraq edilməsi dinə xələl gətirən amillərdən sayılır.

İslam dinini sadəcə kimlərinsə dilindən eşidən və ya tərcümələrdən oxuyan müsəlmanlar “Quran”da belə yazıldığını iddia edirlər. Bəs, “Quran”ın dilimizə doğru tərcümə olduğuna nə dərəcədə inanırıq? İslamda belə cəzalar varmı? Azərbaycanda belə cəzalara insanların münasibəti necədir?

Şəhər sakinləri ilə bunla bağlı sorğu apardıq, maraqlı cavablar əldə etmişik.

Bu sorğunu sizə təqdim edirik:

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...