Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Oğurladıqları pulla minarə tikdirdilər – FOTO

Oğurluq pulla ibadət etmək?!

İstanbulda iranlı iş adamının 2 milyon lirəsini ələ keçirən şəbəkənin saxlanılan üzvləri oğurladıqları pullarla Ümrəyə gedib.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulda təyyarə mühərriki idxal edən iranlı iş adamı Chani A. martın 29-d Aksaraydakı bir valyuta məntəqəsindən pul çıxardaraq dostu ilə tramvaya minib. Tıxacda qalmamaq üçün Cevizlibağdan metroya minən iş adamı Florya Beşyolda metrodan düşərək pulu qoyacağı banka tərəf getməyə başlayıb. Bu zaman iş adamının çantası ona yaxınlaşan motosikletdəki 2 nəfər tərəfindən bıçaq gücü ilə qaçırılıb.

Çantasında 2 milyon var idi…

İçində 2 milyon lirəlik valyuta olan çantası ilə planşet və əl telefonu alınan Chabi A., dərhal polis bölməsinə qaçıb. Qəsb Büro Komandirliyinin işçi qrupu şübhəlilər tutmaq üçün ciddi bir iş icra etməyə başlayıb. Polis iranlının yanındakı Hıdır Ş. adlı şəxsi də nəzarətinə alıb.

İstanbul və Mardində tutuldular…

Araşdırmalar davam edərkən, iranlı iş adamının oğurlanan planşetinin izi Konyada tapılıb. Planşeti alan şəxs onu kağız toplayan şəxsdən aldığını, o da zibillikdən tapdığını söyləyib. Planşetin zibilliyə atıldığı ərazidəki təhlükəsizlik kameralarını araşdıran polis, Hıdır Ş. ilə eyni kənddən olduğunu təsbit etdikləri şəxslərin kimliklərini əldə ediblər. 3 gün əvvəl İstanbul və Mardində eyni anda basqın təşkil edildi və hadisəni planlaşdırdığı önə çıxan Hıdır Ş. ilə Talip A, Kənan A, Okan K. və Murad A. nəzarət altına alınıb. Lakin şübhəlilərdən Murad A. ilə bağlı əldə olunan məlumatlar isə polisləri belə təəccübləndirib.

Oğurladıqları pulla Ümrə ziyarətinə getdilər…

Fatihdə elektronika mağazasında işləyən və hadisə günü istifadə olunan motosikletin anasının üzərinə qeydiyyatda olduğu müəyyən olunan Murad A-nın oğurluqdan 5 gün sonra Ümrə ziyarətinə getdiyi aydın olub. Murad A. ilə eyni kənddən olan Hıdır Ş., Kənan A. və Talib A.nın da kəndlərindəki məscidin minarəsini təmir etdirdikləri və minarəyə atalarının adını qoyduqları ortaya çıxıb. Kənan A.nın Mardindəki kənddə bir ev tikdirdiyi, Talib A.nın isə bir avtomobil aldığı aydın olub. Şübhəlilər təhlükəsizlik qüvvələrinə bütün ittihamları rədd etsə də, onlar həbs olunaraq həbsxanaya göndərilib.

c_1538_2

Haram pulla ibadət olmaz…

“Oğurluq pulu ilə Ümrə ziyarəti edilərmi?” sualına Diyanət İşləri Nazirliyi Dini İşlərin Ali təşkilatının səlahiyyətli şəxsləri belə cavab verib:

“Haram pulla edilən ibadətdən savab umulmaz. Haram pulla ibadət də olmaz. Ancaq oğurluq edən şəxsin 5 min lirəsi varsa və 3 min lirə də oğurladısa, Ümrə ziyarətini də, minarənin təmirini də hansı pulla etdirdiyini bilmədiyimiz üçün bir şərh verə bilmərik. Heç bir pulu yoxdursa, sadəcə oğurladığı pulla ibadət etmək olmaz”.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...