Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Oğuzda “Vəhdət dəyərimizdir” adlı üç günlük seminarın açılış mərasimi olub

“Dini-mənəvi dəyərlərin təbliği, multikulturalizm və tolerantlığın daha da güclənməsinə töhfə verəcəkdir.”

Din.az Moderator.az-a istinadən xəbər verir ki, avqustun 6-da Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Vəhdət dəyərimizdir” layihəsi çərçivəsində Oğuz rayonunda həyata keçirilən üç günlük seminarın açılış mərasimi olub.

Açılış mərasimindən əvvəl Ümummilli Lider Heydər Əliyevin Oğuz rayonunda yerləşən abidəsi ziyarət edilərək Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Fondun icraçı direktoru Mehman İsmayılov, icraçı direktorun müavini Rəfi Qurbanov, Oğuz Rayon İcra Hakimiyyəti (RİH) başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdrinin müavini – dini qurumlarla işin təşkilatçısı Ayaz Ağayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin müdiri Taleh Abdullayev, Azərbaycan İlahiyyat İnstitutunun İlahiyyat fakültəsinin dekan müavini, ilahiyyat üzrə fəlsəfə doktoru Kövsər Tağıyev, AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Aslan Həbibov, Oğuz şəhər “Cümə” məscidinin imamı Şövkət Cəlilov, Saatlı, Sabirabad, İmişli, Neftçala, Qəbələ və Oğuz rayonlarından, eləcə də Şəki şəhərindən olan dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Oğuz Rayon İcra Hakimiyyəti (RİH) başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdrinin müavini – dini qurumlarla işin təşkilatçısı Ayaz Ağayev belə əhəmiyyətli tədbirin Oğuz rayonunda keçirilməsindən məmnunluğunu ifadə edib. A.Ağayev qeyd edib ki, dini-mənəvi dəyərlərin təbliği, multikulturalizm və tolerantlığın daha da güclənməsinə töhfə verəcəkdir.
Tədbirdə nitq söyləyən Fondun icraçı direktoru Mehman İsmayılov layihə haqqında danışaraq bildirib ki, “Vəhdət dəyərimizdir” layihəsi çərçivəsində Oğuz rayonunda keçirilən seminarda ölkəmizin 7 müxtəlif şəhər və rayonlarından olan dini icma sədrləri və din xadimləri iştirak edir. Vəhdətin geniş mənəvi və ictimai mənaya malik olduğunu qeyd edən M.İsmayılov xalqımızın bu tarixi ənənəni qoruduğunu diqqətə çatdırıb. Fondun icraçı direktoru bildirib ki, Azərbaycanda müxtəlif dinlərə və məzhəblərə məxsus insanların dinc şəraitdə və qarşılıqlı hörmət əsasında yaşaması dövlətimizin məqsədyönlü siyasəti, eləcə də xalqımızın bu siyasətə göstərdiyi dəstək nəticəsində mümkün olmuşdur. Azərbaycanda nəinki məzhəblərarası, eləcə də digər din təmsilçiləri ilə müsəlmanlar arasında möhkəm mənəvi əlaqələrin olduğunu vurğulayan M.İsmayılov bu əlaqələrin dünyaya nümunə olduğunu qeyd edib.
Daha sonra çıxış edən Fondun icraçı direktorunun müavini Rəfi Qurbanov təşkil edilmiş seminarın ölkəmizin müxtəlif bölgələrindən olan din xadimləri üçün təcrübə mübadiləsi baxımından yeni yanaşma olduğunu qeyd edib. R.Qurbanov bildirib ki, multikultural dəyərlərin gələcək nəsillərə çatıdırılması baxımından bu tədbir tarixi əhəmiyyətə malikdir.
Tədbirdə çıxış edən Oğuz “Cümə” məscidinin imamı Şövkət Cəlilov seminarın təşkilatçıları və iştirakçılarına öz təşəkkürünü bildirərək, Oğuz rayonunda keçirilən “Vəhdət dəyərimizdir” layihəsinin işinə uğurlar arzulayıb.
Qeyd edək ki, 6-8 avqust tarixlərini əhatə edən üç günlük seminar çərçivəsində Oğuz rayonunun dini-tarixi, mədəni abidələrinin ziyarəti, birgə namazın qılınması, ekspertlər tərəfindən mühazirələrin dinlənilməsi nəzərdə tutulur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...