Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Öldürülən terrorçuların sayı 2018 oldu – “Zeytun budağı” 37-ci günündə…

“Zeytun budağı” əməliyyatı bu gün (25 fevral 2018) 37-ci günündə …

Türkiyənin Afrində başlatdığı “Zeytun budağı” əməliyyatı bu gün (25 fevral 2018) 37-ci günündədir.

Din.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, əməliyyatın başladığı gündən bu yana öldürülən terrorçuların sayı 2018 olub.

Həmçinin ötən gün həyata keçirilən əməliyyat zamanı TSQ və ASO Afrinin şimal-qərbində yerləşən Şeyh Muhammədli, Dudu, Semalık, Velikli, Kavanda kəndlərini terrorçulardan təmizləyib. Beləliklə, Türk Ordusunun terrorçulardan təmizlədiyi mövqelərin sayı 108 olub.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.

Əməliyyatı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar idarə edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...