Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Olimpiadada SƏYYAR MƏSCİDLƏR xidmət göstərəcək

“Əsas məqsədi müsəlmanların ibadəti üçün rahat şərait yaratmaqdır”.

2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarında səyyar məscidlərin hazırlanması nəzərdə tutulur.
Din.az bildirir ki, yarışın təşkilatçıları səyyar məscidləri stadionlar və təlim mərkəzlərində hazırlamağı planlaşdırır.

Bunu Olimpiada üçün baza infrastrukturunu hazırlayan şirkətin rəhbəri Yaşuharo İnoe təklif edib:

“Namaz qılmaq müsəlmanlar üçün əsas şərtdir. Bu fikri təklif etməyimin əsas məqsədi müsəlmanların ibadəti üçün rahat şərait yaratmaqdır”.

İnoenin sözlərinə görə, məscidin ilk nümunəsi bu ilin sonunda hazır olacaq. / Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...