Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ölkə başçısından 300 xristianı qoruyan imama reaksiya

Abdullahi Əbubəkir hücumlardan qaçan xristianları qorudu.

Nigeriyanın lideri Buxari Plateau bölgəsində yaşanan qarşıdurmalar zamanı təqribən 300 xristianı qoruyan imamı təbrik edib.

Din.az Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin mərkəzi hissəsində yerləşən Plateau bölgəsindəki Nghar kəndinin imamı 83 yaşlı Abdullahi Əbubəkirin hücumlardan qaçan xristianları qoruduğu üçün dövlət başçısı Buxari tərəfindən təbrik edildiyi bildirilib.

Dövlət başçısı Buxarinin hətta imamla görüşmək istədiyi deyilir. İmamın sadəcə Plateauda deyil, bütün Nigeriyada sülhün simvolu olduğu qeyd edilir.

Qeyd edək ki, Qərbi Afrika ölkələrindən Nigeriyada köçəri çobanlarla əkinçilər arasında son bir ildə çıxan qarşıdurmalar nəticəsində 2 min insan həyatını itirib və minlərlə böyük baş heyvan tələf olub.

Ötən ay Nigeriyada baş verən və 100-dən çox insanın həyatını itirdiyi qarşıdurmalarda bir imam kəndə sığınan yüzlərlə xristianı öz evində və kəndin məscidində gizlədərək qoruyub. Zərəçəkənlər silahlı şəxslərin onların kəndinə hücum çəkdiyini və bir çox insanı öldürdüyünü bildirmişdi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...